Gömrük Akademiyasında operator kursları başlayıb
Dövlət Gömrük Komitəsinin Akademiyasında X-Ray təsvirlərinin analizinə dair təhlükəsizlik sistemləri ilə bağlı “RENFUL” şirkətinin mütəxəssisləri tərəfindən keçirilən operator kursları başlayıb.
Kurslar xüsusi karantin rejiminin şərtləri nəzərə alınmaqla, Akademiyada ənənəvi formada 20-21 may və 24-26 may tarixlərində keçiriləcək.
Bununla yanaşı, Akademiyada X-Ray təsvirlərinin analizinə dair təhlükəsizlik sistemləri ilə bağlı “RENFUL şirkətinin mütəxəssisləri tərəfindən “Təlimçilərin təlimi” kursu xüsusi karantin rejiminin şərtləri nəzərə alınmaqla ənənəvi formada 17-19 may tarixlərində keçirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi