Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-da “İngilis dili səhnədə” adlı tədbir keçirilib

DGKA-da “İngilis dili səhnədə” adlı tədbir keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) “İngilis dili səhnədə” adlı maraqlı və maarifləndirici tədbir təşkil olunub.
Akademiyanın “Hüquq və humanitar elmlər” kafedrasının ingilis dilini tədris edən müəllimi Gülnaz Novruzzadə tərəfindən təşkil olunan tədbirin əsas məqsədi ingilis dili üzrə biliklərin təkmilləşdirilməsi, tələbələrin yaradıcı qabiliyyətlərinin inkişaf etdirilməsi və xarici dilin praktiki şəkildə istifadəsinə şəraitin yaradılması olub.
Tədbirdə çıxış edən Akademiyanın rəis müavini Anar Süleymanov tədbirin əhəmiyyətindən danışaraq belə təşəbbüslərin davamlı olaraq keçirilməsinin vacibliyini vurğulayıb və tədbirin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Tədbir çərçivəsində tələbələr tərəfindən hazırlanmış səhnəciklərdə ölkəmizin mədəni irsi, gömrük sisteminin müxtəlif aspektləri, gündəlik həyat situasiyaları, ictimai mövzular və müxtəlif mədəni kontekstlər əks olunub. Səhnəciklər tamamilə ingilis dilində təqdim olunaraq həm dil bacarıqlarının təkmilləşdirilməsi, həm də peşəkar sahəyə dair anlayışların formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyıb.