Baş səhifə
Xəbərlər
Akademiya
“Orta dəhliz-çağırışlar və perspektivlər” mövzusunda seminar keçirilib

“Orta dəhliz-çağırışlar və perspektivlər” mövzusunda seminar keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) “Orta dəhliz-çağırışlar və perspektivlər” mövzusunda seminar keçirilib. Seminar “LV Logistics” şirkətinin regional direktoru Fuad Məmmədov tərəfindən təqdim edilib.
Fuad Məmmədov real logistika əməliyyatlarından nümunələr əsasında iştirakçılara tranzit prosesində qarşılaşılan əsas çətinliklər, onların praktik həlli yolları, ölkələrarası koordinasiyanın vacibliyi və bu sahədə mövcud təcrübələr barədə ətraflı məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.