Baş səhifə
Xəbərlər
Akademiya
“Azərbaycan gömrüyünün inkişaf istiqamətləri” mövzusunda elmi-praktik konfrans keçirilib

“Azərbaycan gömrüyünün inkişaf istiqamətləri” mövzusunda elmi-praktik konfrans keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Azərbaycan gömrüyünün inkişaf istiqamətləri” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Akademiyanın rəisi Qulu Novruzov konfransda çıxış edərək, tələbələrin tədqiqat bacarıqlarının inkişafının və peşəkar tədqiqatçı kimi yetişdirilməsinin vacibliyini vurğulayıb. O, tələbələrin elmi potensialının üzə çıxarılması məqsədilə onların müxtəlif elmi tədbirlərə aktiv cəlb olunmasına xüsusi önəm verildiyini qeyd edərək konfransın işinə uğurlar arzulayıb.
Konfransda çıxış edən Akademiyanın rəis müavini Cəmilə Namazova Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirin əhəmiyyətini vurğulayaraq, Ulu Öndər Heydər Əliyevin gəncliyin formalaşmasındakı rolu, gömrük sisteminin modernləşdirilməsinə yönələn siyasəti və gənclərin elmə marağının artırılması barəsində bəhs edib.
Daha sonra tələbələr “Ulu Öndər Heydər Əliyevin gömrük siyasəti”, “ÜGT və Azərbaycan gömrüyü arasında əməkdaşlıq”, “Qlobal ticarət və gömrük təhlükəsizlik siyasətləri” və s. mövzularda Azərbaycan, rus və ingilis dillərində təqdimatlarla çıxış ediblər.
Sonda məruzəçilərə sertifikatlar təqdim olunub.