Baş səhifə
Xəbərlər
Akademiya
DGKA və BMU-nun təşkilatçılığı ilə beynəlxalq elmi konfrans keçirilib

DGKA və BMU-nun təşkilatçılığı ilə beynəlxalq elmi konfrans keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı” öz işinə başlayıb.

Tədbirdə öncə şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirilib.

Açılış nitqi ilə çıxış edən BMU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov çıxışında gənclərin elmə marağını artırmaq məqsədilə keçirilən konfransların elmi nailiyyətlərin paylaşılması və beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıb. O, tədbirə bir neçə ölkədən tədqiqatçıların qatıldığını, 357 məqalənin qəbul edildiyini bildirib və müzakirələrin elmi innovasiyalara töhfə verəcəyini qeyd edib.

Sonra çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini Cəmilə Namazova konfransa gənc tədqiqatçıların marağını müsbət qiymətləndirərək, elm və təhsilin inkişafında Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasətinin mühüm rolunu vurğulayıb. O, tədbirin yerli və xarici elm adamları üçün elmi nailiyyətlərini təqdim etməyə imkan yaradan önəmli platforma olduğunu bildirib.

Sonra konfransın plenar iclası başlayıb.

Müzakirələrin ardınca  məruzəçilərə sertifikatlar təqdim olunub.

Ümumilikdə 20-dən artıq elmi istiqaməti əhatə edən ikigünlük konfrans öz işini bölmə iclasları ilə davam etdirir.