Tələbələrimizin istehsalat təcrübəsi davam edir
Dövlət Gömrük Komitəsinin Akademiyasının "Hüquqşünaslıq", "İqtisadiyyat", "Beynəlxalq ticarət və logstika",“İnformasiya təhlükəsizliyi” və “İnformasiya texnologiyaları” ixtisaslarının IV kurs tələbələrinin müxtəlif gömrük orqanları da daxil olmaqla digər dövlət və özəl qurumlarda istehsalat təcrübəsi davam edir. İstehsalat təcrübəsi çərçivəsində növbəti elmi-praktiki seminar DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsində keçirilib. Seminarda Akademiyanın və Baş İdarəninin rəhbər heyəti, əməkdaşları və tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən Akademiyanın rəis müavini Cəmilə Namazova tələbələrin təcrübə müddətində əldə edəcəkləri praktiki biliklərin əhəmiyyətindən söz açaraq, bu müddət ərzində belə görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən Baş İdarənin gömrük xidmətindəki rolu, iş prinsipləri haqqında məlumat verilərək Akademiya tələbələrinin gömrük fəaliyyətini hər tərəfli öyrənmələrinin əhəmiyyəti qeyd edilib. Eyni zamanda, təcrübə müddətində əldə edilən biliklərin gələcəkdə onların peşəkar mütəxəssis kimi formalaşmasında xüsusi rol oynayacağı vurğulanıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.