Baş səhifə
Xəbərlər
Akademiya
DGKA “Yenilikçi və inkişaf mükafatı”na layiq görülüb

DGKA “Yenilikçi və inkişaf mükafatı”na layiq görülüb

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ) “Yenilikçi və inkişaf mükafatı”na layiq görülüb. Bu münasibətlə DGKA və ATGTİ-nin rəhbərliyi arasında görüş keçirilib.
Akademiyanın rəisi, general-mayor Qulu Novruzov gənclərin peşəkar və sosial inkişafı üçün atılan addımların vacibliyini vurğulayaraq, ATGTİ-nin fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.
Görüşdə dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğı, onların inkişafı üçün atılan addımlar müzakirə edilib.
Sonda ATGTİ-nin sədri Rəşad Zeynalov tərəfindən Akademiyanın rəisi Qulu Novruzova Tələbə Gənclər Təşkilatının davamlı və sistemli inkişafına verdiyi töhfəyə görə “Yenilikçi və inkişaf mükafatı” təqdim edilib.