Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri ikigünlük vebinarda iştirak ediblər

Gömrük Akademiyasının tələbələri ikigünlük vebinarda iştirak ediblər

Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Hüquq Klubunun təşkilatçılığı ilə mayın 1-2-də "Hukuk Konqresi-2021" vebinarı keçirilib.

Vebinarda Akademiyanın “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan tələbələri iştirak ediblər. Vebinarın ilk günündə tədbirin qonağı Türkiyənin BG Hüquq Bürosunun sahibi vəkil Begüm Gürel "Sosial media hüququ" mövzusu üzrə, 2 may tarixində isə Türkiyənin Mərmərə Universiteti Hüquq fakültəsinin professoru Talat Canbolat "İş qəzası və peşə xəstəlikləri" mövzusunda çıxış ediblər.

İkigünlük vebinarda interaktiv müzakirələr aparılıb və məruzəçilər tərəfindən tələbələrin çoxsaylı sualları cavablandırılıb.

 

İctimaiyyətlə əlaqələr şöbəsi