DGKA-nın tələbələri "Bəla” tamaşasını izləyiblər
Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin təşkilati dəstəyi ilə Şuşa Dövlət Musiqili Dram Teatrında “Bəla” tamaşasını izləyiblər.
Qeyd edək ki, Asif Kəngərlinin müəllifi olduğu əsərdə narkomaniyanın cəmiyyətə vurduğu fiziki, mənəvi və sosial problemlərdən bəhs olunur. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Loğman Kərimovdur.