Baş səhifə
Xəbərlər
Akademiya
“Karyera quruculuğunda şəxsi motivasiyanın rolu” mövzusunda master-klass keçirilib

“Karyera quruculuğunda şəxsi motivasiyanın rolu” mövzusunda master-klass keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Gömrük işi və idarəetmə” kafedrasının təşkilatçılığı ilə “İnkişaf bələdçiləri” layihəsi uğurla davam etdirilir. Bu layihə, mütəmadi olaraq uğurlu start-up və işgüzar fəaliyyətdə olan şəxslərlə tələbələrin görüşünü təşkil etməyi əsas tutur. Layihə çərçivəsində tələbələr üçün “Karyera quruculuğunda şəxsi motivasiyanın rolu” mövzusunda master-klass keçirilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən kafedra müdiri, i.ü.f.d. Elvin Əlirzayev “İnkişaf bələdçiləri” layihəsi barəsində məlumat verərək tədbirin önəmindən bəhs edib.
Daha sonra, sözügedən layihənin əsas müəllifi sayılan müəllim Fəxri Məhəmmədzadə mövzunun əhəmiyyətindən danışıb.
Layihə üzrə dəvət edilən mütəxəssis Böyükxanım Babayeva, şəxsi inkişaf və uğurlu karyera quruculuğu istiqamətində ölkəmizdə aparılan uğurlu layihələrdən bəhs edərək öz işgüzar təcrübələrini gənclərlə bölüşüb. “İnkişaf bələdçisi” kimi Böyükxanım Babayeva, şəxsi motivasiyanın işgüzar mühitdə necə vacib olduğunu və karyera quruculuğunda gənclərin könüllülük fəaliyyətlərinin nə qədər əhəmiyyətli olduğunu praktiki nümunələrlə tələbələrə izah edib. Ölkəmizdə fəaliyyət göstərən könüllülük fəaliyyətlərinin tələbələrin iş həyatına hazırlıq mərhələsi kimi qiymətləndirlən məruzəçi tələbələrə bu sahədə faydalı tövsiyələr verib.
Sonda tələbələri maraqlandıran suallar təlimçi tərəfindən ətraflı cavablandırılıb.