Baş səhifə
Xəbərlər
Akademiya
Sabunçu Gənclər Evi tərəfindən təqdimat keçirilib

Sabunçu Gənclər Evi tərəfindən təqdimat keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında tələbələr üçün Sabunçu Gənclər Evinin fəaliyyəti haqqında təqdimat keçirilib.
Sabunçu Gənclər Evinin direktoru Kamil Yaqubov görüş zamanı tələbələrə Gənclər Evinin əsas məqsəd və fəaliyyət istiqamətləri, gənclər üçün təqdim olunan imkanlar, müxtəlif tematik klubların fəaliyyəti, üzvlük qaydaları, könüllülük proqramları və digər layihələr barədə ətraflı məlumat verib.
Sonda iştirakçıların sualları ətraflı cavablandırılıb.