“Uğurlu karyera” mövzusunda infosessiya keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) tələbələr üçün “Uğurlu karyera” mövzusunda infosessiya keçirilib.
Hibrid formatda təşkil olunan görüşdə təlimçi “Amazon Robotics” da avtonom robotlar üzrə baş mütəxəssis, “Vitanur” şirkətin icraçı direktoru İsa Mustafa tələbələrə uğurlu karyera qurmağın əsas mərhələləri, süni intellekt və texnologiyanın əmək bazarına təsiri, eləcə də şəxsi inkişaf yolları barədə dəyərli fikirlərini bölüşüb. O, həmçinin gənclərə öz potensiallarını kəşf etmə, fürsətləri görmə və onlardan maksimum yararlanma yolları barədə məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıb.