Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-da III “Maarifçi” tələbə-məzun təcrübə proqramı ilə bağlı infosessiya keçirilib

DGKA-da III “Maarifçi” tələbə-məzun təcrübə proqramı ilə bağlı infosessiya keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Elm və Təhsil Nazirliyinin (ETN) təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən “Maarifçi” tələbə-məzun təcrübə proqramı ilə bağlı infosessiya keçirilib.
Görüşdə Akademiyanın Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov çıxış edərək tələbələrə infosessiyanın mahiyyəti və əhəmiyyəti barədə məlumat verib. Qeyd edilib ki, “Maarifçi” tələbə-məzun təcrübə proqramı elm və təhsil sahəsində kadr potensialının gücləndirilməsinə, iştirakçıların sahəvi bilik və bacarıqlarının artırılmasına, təhsil islahatlarına dəstək vermələrinə yönəlib. Proqramda bakalavriatın III və IV kurs tələbələri, magistrantlar və son 3 ildə məzun olmuş şəxslər iştirak edə bilərlər. Onlar Elm və Təhsil Nazirliyi, tabeli qurumlar və regional idarələrdə təcrübə keçəcək, müxtəlif mövzular üzrə təlimlərdə, eləcə də təcrübəli rəhbər şəxslərlə mentorluq proseslərində iştirak imkanı qazanacaqlar.
Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.