Baş səhifə
Xəbərlər
Akademiya
"Dəyişən dünyada pul siyasəti və mərkəzi bankçılıq: Tarixi baxış və inkişaf trendləri" mövzusunda master-klas keçirilib

"Dəyişən dünyada pul siyasəti və mərkəzi bankçılıq: Tarixi baxış və inkişaf trendləri" mövzusunda master-klas keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Dəyişən dünyada pul siyasəti və mərkəzi bankçılıq: Tarixi baxış və inkişaf trendləri" mövzusunda master-klas keçirilib.
Sosial Tədqiqatlar Mərkəzinin Sosial-iqtisadi təhlil departamentinin aparıcı məsləhətçisi, iqtisadçı ekspert Pünhan Musayev məruzəçi qismində çıxış edərək, tələbələrə makroiqtisadi göstəricilər, monetar siyasətin əsas istiqamətləri və mərkəzi bankların iqtisadiyyatdakı rolu, eləcə də Azərbaycan nümunəsində Mərkəzi Bankın siyasəti barədə ətraflı məlumat verib.
Təlim zamanı iştirakçılar tərəfindən mövzuya dair çoxsaylı suallar səsləndirilib, interaktiv müzakirələr aparılıb və nəzəri biliklərin praktiki aspektləri ilə bağlı fikir mübadiləsi həyata keçirilib.