Baş səhifə
Xəbərlər
Akademiya
"Xidmət öyrənmə" metodu ilə sosial məsuliyyət mövzusunda təlim keçirilib

"Xidmət öyrənmə" metodu ilə sosial məsuliyyət mövzusunda təlim keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında "Xidmət öyrənmə" metodu ilə sosial məsuliyyət mövzusunda təlim keçirilib. Tələbələrin sosial məsuliyyət anlayışını inkişaf etdirmək məqsədilə keçirilən təlim Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi, xarici dil üzrə mütəxəssis Günay Əkbərova tərəfindən təqdim edilib.
Təlimçi Günay Əkbərova "Xidmət öyrənmə" metodunun tələbələrə nəzəri bilikləri praktiki biliklər ilə birləşdirərək sosial məsuliyyət anlayışını dərinləşdirməyə kömək edəcəyini vurğulayıb. Təlimdə empatiya, sosial həssaslıq, peşəkar etika, komanda işi və liderlik bacarıqları kimi mövzulara toxunulub. Tələbələr, könüllülük proqramları və şəxsi təcrübələri əsasında sosial məsuliyyətin əhəmiyyətini müzakirə edərək maraqlandıqları sahələrdə fəaliyyət göstərmək barədə fikirlərini bölüşüblər.
İnteraktiv metodlarla keçirilən təlimin sonunda tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.