Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın tələbələri "Qırmızı Ürəklər Təhsil Təqaüdü" proqramının qalibi olublar

DGKA-nın tələbələri "Qırmızı Ürəklər Təhsil Təqaüdü" proqramının qalibi olublar
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) tələbələri Təhsilin İnkişafı Fondu ilə Qırmızı Ürəklər Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən "Qırmızı Ürəklər Təhsil Təqaüdü" proqramının qalibi olublar. Belə ki, Akademiyanın Hüquqşünaslıq ixtisasının I kurs tələbələri Xədicə Hüseynli və Gülər Süleymanova 306 nəfər tələbənin müraciət etdiyi təqaüd proqramının bütün seçim mərhələlərini uğurla keçərək, proqramın qalibi adına layiq görülən 23 nəfər arasında yer alıblar.
Qeyd edək ki, qaliblərin seçimi zamanı ali təhsil müəssisələrində I kursda əyani bakalavriat pilləsində təhsil alan, qəbul imtahanında 600-dən yuxarı bal toplayan, dərsdənkənar fəaliyyətləri və akademik göstəriciləri yüksək olan, eləcə də sosial baxımdan həssas əhali qrupuna aid olan tələbələrə üstünlük verilib.
Qalib tələbələr 2024/2025-ci tədris ili boyunca hər ay 200 AZN məbləğində təqaüd alacaqlar.