Baş səhifə
Xəbərlər
Akademiya
Tələbələrimiz beynəlxalq sertifikata layiq görülüblər

Tələbələrimiz beynəlxalq sertifikata layiq görülüblər

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri İT sahəsi üzrə beynəlxalq sertifikata layiq görülüblər. Belə ki, Akademiyanın “İnformasiya təhlükəsizliyi” ixtisasının III kurs tələbələri Qurban Xaniyev, Aynur Eminova və “İnformasiya texnologiyaları” ixtisasının IV kurs tələbəsi Səmayə Bədirova dünyanın aparıcı kibertəhlükəsizlik təşkilatı olan Beynelxalq İnformasiya Sistemləri Təhlükəsizliyi Sertifikatlaşdırma Konsorsiumunun (ISC)² kibertəhlükəsizlik üzrə imtahanını, “İnformasiya təhlükəsizliyi” ixtisasının III kurs tələbəsi Bəhrəm Novruzov isə RHCSA (Red Hat Certified System Administrator) imtahanını uğurla keçərək beynəlxalq sertifikata layiq görülüblər.
Qeyd edək ki, Beynəlxalq İnformasiya Sistemləri Təhlükəsizliyi Sertifikatlaşdırma Konsorsiumu (ISC)2 aparıcı qeyri-kommersiya təşkilatıdır. Konsorsiumun məqsədi bütün dünya ölkələri mütəxəssislərinin informasiya təhlükəsizliyi üzrə sertifikatlaşdırılmasıdır. Red Hat Certified System Administrator (RHCSA) isə – Linux / Unix istifadəçilərinə yönəlmiş bir sertifikatdır. RHCSA statusu, Red Hat Enterprise Linux iş stansiyalarını mövcud şəbəkə mühitinə qurmaq, konfiqurasiya etmək və bağlamaq üçün tələb olunan bilik və bacarıqlara sahib olmanı göstərir.