“Şəxsi Aİ köməkçiniz:JENNA” mövzusunda seminar keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında Gömrük işi və idarəetmə kafedrasının təşkilatçılığı ilə tələbələr üçün “Şəxsi Aİ köməkçiniz:JENNA” mövzusunda seminar keçirilib.
Seminarda Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov çıxış edərək, süni intellektin tətbiqinin əhəmiyyətini və bu istiqamətdə həyata keçirilən layihələrin ölkənin inkişafına müsbət təsirini vurğulayıb.
Tədbirdə çıxış edən kafedra müdiri, i.ü.f.d. Elvin Əlirzayev mövzunun aktuallığından söz açaraq hər bir fərdin öz süni intellekt assistentini qurma bacarığına malik olmasının vacibliyini qeyd edib.
Seminarda təlimçi Simple Co. şirkətinin rəhbəri Kamil Ələsgərov süni intellektin dünyadakı inkişaf trendi, işgüzar və şəxsi həyatımızdakı rolu barəsində danışaraq tələbələrə süni intellektdən effektiv istifadə qaydaları ilə bağlı məsləhətlər verib. Daha sonra, şirkətin süni intellekt məhsulu olan JENNA-nın əyani qaydada təqdimatı keçirilib.