Baş səhifə
Xəbərlər
Akademiya
“Beynəlxalq siyasi iqtisadiyyatda çoxqütblü yeni dünya nizamı” mövzusunda master-klass keçirilib

“Beynəlxalq siyasi iqtisadiyyatda çoxqütblü yeni dünya nizamı” mövzusunda master-klass keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında Gömrük işi və idarəetmə kafedrasının təşkilatçılığı ilə tələbələr üçün “Beynəlxalq siyasi iqtisadiyyatda çoxqütblü yeni dünya nizamı” mövzusunda master-klass keçirilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən kafedra müdiri, i.ü.f.d. Elvin Əlirzayev mövzunun əhəmiyyətindən söz açaraq son illərdə dünyada baş verən iqtisadi böhranlar, ticarət müharibələri və regional konfliktlərin beynəlxalq münasibətlərə və iqtisadiyyata olan təsirindən bəhs edib.
Təlimçi Həsən Rəhimli beynəlxalq siyasi iqtisadiyyatı statistik məlumatlarla təhlil edərək, çoxqütblü dünya nizamının dəyişdiyini vurğulayıb. O, qlobal iqtisadi güc balansının dəyişməsi və yeni iqtisadi güc sahiblərinin meydana çıxması məsələlərini müzakirə edib. Həmçinin, bu dəyişikliklərin beynəlxalq və regional səviyyədə necə əks olunduğunu izah edib.
Sonda tələbələri maraqlandıran suallar təlimçi tərəfindən ətraflı cavablandırılıb.