DGKA-da iməcilik keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) rəhbərliyinin, əməkdaşlarının və tələbələrinin iştirakı ilə iməcilik və ağacəkmə aksiyası keçirilib.
Ekologiyanın qorunması və ətraf mühitin davamlı inkişafına dəstək vermək məqsədilə keçirilən aksiya çərçivəsində Akademiyanın ətraf ərazisində şam ağacları əkilib. İməcilik iştirakçıları yeni əkilən ağacları suvarıb, onlara aqrotexniki qaydada qulluq göstərib və mövcud yaşıllıqlarda budama işləri aparıblar.