Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın əməkdaşları FHN Akademiyasında keçirilən elmi-praktik konfransda iştirak ediblər

DGKA-nın əməkdaşları FHN Akademiyasında keçirilən elmi-praktik konfransda iştirak ediblər

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Azərbaycan qadınının milli təhlükəsizliyimizin qorunmasında rolu” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə digər xüsusi təyinatlı təhsil müəssisələrinin xanım əməkdaşları ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini Cəmilə Namazova və Akademiyanın əməkdaşları iştirak ediblər.
Konfransda çıxış edən FHN Akademiyasının rəisi general-mayor Baba Salayev və Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev Azərbaycan qadınının xalqımızın mənəvi dəyərlərinin qorunmasındakı müstəsna xidmətlərindən danışıb, həyatın bütün sahələrində, o cümlədən ictimai-siyasi proseslərdəki fəaliyyətlərinin əhəmiyyətindən bəhs ediblər.
Tədbirdə digər məruzəçilərlə yanaşı rəis müavini Cəmilə Namazova da "Dövlətçilik və Azərbaycan qadını" mövzusunda məruzə ilə çıxış edib.
Sonra konfrans iştirakçılarının məruzələri dinlənilib, mövzu ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.