Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın əməkdaşı "Qayıdış konsepsiyası tələbə gənclərin tədris prosesində" mövzusunda keçirilən görüşdə iştirak edib
DGKA-nın əməkdaşı "Qayıdış konsepsiyası tələbə gənclərin tədris prosesində" mövzusunda keçirilən görüşdə iştirak edib
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Qərbi Azərbaycan İcmasının təşkilatçılığı, Pedaqoji Universitetin dəstəyi ilə "Qayıdış konsepsiyası tələbə gənclərin tədris prosesində" mövzusunda görüş keçirilib. Universitetin Heydər Əliyev Mərkəzinin Lektoriyasında baş tutan görüşdə Qərbi Azərbaycan İcmasının və ADPU-nun rəhbərliyi, ali təhsil müəssisələrinin rəhbər şəxsləri, təhsil ictimaiyyəti və media nümayəndələri, universitetin professor-müəllim heyəti ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının Katibliyinin rəisi Azər Seyidov da iştirak edib.
Tədbirin əsas məqsədi Qərbi Azərbaycan həqiqətlərinin təbliği, tələbələrin Qərbi Azərbaycana qayıdış hüququ və İcmanın fəaliyyəti barədə məlumatlandırılması, tədris materiallarında bu mövzunun yer alması və gənclərin İcmanın fəaliyyətinə cəlb olunması olub.
Görüşdə "Qərbi Azərbaycan TV"nin "Qərbi Azərbaycan" filmi nümayiş etdirilib.
Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, ADPU-nun rektoru professor Cəfər Cəfərov, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədri Şahin İsmayılov və digər iştirakçılar çıxış edərək Qərbi Azərbaycan həqiqətlərinin tədris prosesində yer almasının vacibliyini vurğulayıblar.
Sonda Qayıdış konsepsiyasının ali təhsil proqramlarında əks olunması və gənclər arasında təbliği ilə bağlı müzakirələr aparılıb.