Baş səhifə
Xəbərlər
Akademiya
DGKA ilə “166 Yükdaşıma və Logistika” şirkəti arasında görüş keçirilib

DGKA ilə “166 Yükdaşıma və Logistika” şirkəti arasında görüş keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında “166 Yükdaşıma və Logistika” şirkəti ilə əməkdaşlığa dair görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Akademiyanın əməkdaşları, “166 Yükdaşıma və Logistika” şirkətinin direktor müavini Samidə Qəniyeva və şirkətin əməkdaşları iştirak ediblər.

Qonaqları salamlayan Qulu Novruzov Akademiyanın fəaliyyət istiqamətləri barədə məlumat verərək təhsil sahəsində əməkdaşlığın önəmindən bəhs edib.

Daha sonra Samidə Qəniyeva "166 Yükdaşıma və Logistika" şirkətinin nəqliyyat, yükdaşıma və logistika sahəsindəki təcrübəsi, xidmət portfeli və sektorda əldə etdiyi uğurlar barədə məlumat verib.

Görüşdə əməkdaşlıq perspektivləri müzakirə edilib.