Baş səhifə
Xəbərlər
Akademiya
Vətən müharibəsi şəhidi Vahid Ağayevin hər iki valideyni dəm qazından vəfat edib
Vətən müharibəsi şəhidi Vahid Ağayevin hər iki valideyni dəm qazından vəfat edib
Dövlət Gömrük Komitəsinin Akademiyasının kollektivi 44 günlük Vətən müharibəsi şəhidi Vahid Ağayevin valideynləri - atası Məcnun Ağayevin və anası Gülnaz Ağayevanın vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Qeyd edək ki, ötən gün Vətən müharibəsi şəhidi Vahid Ağayevin hər iki valideyni dəm qazından vəfat edib. Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyi, əməkdaşları və tələbələri hər zaman Vətənə olan bağlılıq və cəsur övladlar yetişdirməklə əsl fədakarlıq nümunəsi göstərən şəhid valideynlərinin daim yanlarında olmuş, dərdlərini və acılarını bölüşərək, onlara öz sədaqətini və dəstəyini göstərmişdir.
DGKA kollektivi olaraq dəyərli şəhid valideynlərinin artıq aramızda olmamalarını dərin kədər hissi ilə bildirir bir daha ailəsinə və yaxınlarına səbr diləyirik.
Allah rəhmət eləsin!