Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın əməkdaşı və tələbələri Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən tədbirdə iştirak ediblər
DGKA-nın əməkdaşı və tələbələri Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən tədbirdə iştirak ediblər
DİN-in Polis Akademiyasında Beynəlxalq Ana Dili Günü münasibətilə “Azərbaycan dili xalqımızın milli qüruru və dövlətçilik simvoludur” mövzusunda dəyirmi masa təşkil edilib. Tədbirdə digər qonaqlarla yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov və Akademiyanın tələbələri də iştirak ediblər.
DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov tədbiri açıq elan edərək qonaqları və şəxsi heyəti Akademiya rəhbərliyi adından salamlayıb və dəyirmi masanın işinə uğurlar arzulayıb. Cənab general Azərbaycan dilinin Konstitusiyamızda və digər dövlət sənədlərində necə təsbit olunduğunu vurğulayaraq dövlət dilimizin qorunması sahəsində apardığı işlərdən danışıb.
Sonda Ümummilli lider Heydər Əliyevin dil haqqında söylədiyi fikirlərdən ibarət videoçarx nümayiş etdirilib.