Baş səhifə
Xəbərlər
Akademiya
DGKA tələbələri “Konstitusiya və Suverenlik İli” ilə bağlı keçirilən konfransda iştirak ediblər
DGKA tələbələri “Konstitusiya və Suverenlik İli” ilə bağlı keçirilən konfransda iştirak ediblər
Azərbaycan Respublikasının Baş Prokurorluğunda “Konstitusiya və Suverenlik ili: gənclərin hüquqi dövlət quruculuğunda yeri və rolu” adlı konfrans keçirilib. Tədbirdə digər ali təhsil müəssisələrinin professor-müəllim heyəti və tələbələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) “Hüquq və humanitar elmlər” kafedrasının müdiri, h.ü.f.d. Hakim Əzizov və Akademiyanın “Hüquqşünaslıq” ixtisasının tələbələri də iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin yad edilməsi, dövlət himninin səsləndirilməsi ilə başlanan konfransda prokurorluq işçilərinin, təhsil müəssisələrinin nümayəndələrinin, habelə tələbə və kursantların çıxışları dinlənilib, “Prokurorluq orqanlarında peşə hazırlığı işinin təşkili” adlı metodiki vəsaitin təqdimatı keçirilib.
Tədbirdə həmçinin, Akademiyanın “Hüquqşünaslıq” ixtisasının III kurs tələbələri Ləman Əlicanova “Dövlətin iqtisadi dəyərlərinin qorunmasında gömrük xidmətinin rolu” mövzusunda məruzə ilə çıxış edib, Ayla Ədilova isə pianoda ifa edib.