“Nitq və özünüifadə bacarıqları” mövzusunda təlim keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 21 Fevral - Beynəlxalq Ana Dili Günü ilə bağlı tələbələr üçün “Nitq və özünüifadə bacarıqları” mövzusunda təlim keçirilib. Təlimin məqsədi tələbələrin nitq qabiliyyətlərini və özünüifadə bacarıqlarını inkişaf etdirmək, onların effektiv ünsiyyət qurma bacarıqlarını gücləndirmək olub.
Təlimdə Bakı Nitq Mərkəzinin təsisçisi və təlimçisi Firuzə Aslanova tələbələrə effektiv ünsiyyətin əhəmiyyəti, ana dilində sərbəst və inamlı danışmaq, ifadə tərzi, bədən dilindən istifadə, düzgün nitq strukturu və səs tonu kimi mövzular barəsində geniş məlumat verib.
Həmçinin, iştirakçılara nitq qabiliyyətlərinin inkişafı və özünüifadə bacarıqlarının artırılması ilə bağlı praktiki tövsiyələr verilib.
İnteraktiv formatda keçən təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.