Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasından Novruz sovqatı

Gömrük Akademiyasından Novruz sovqatı

Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov Novruz bayramı ərəfəsində Siyəzən və Şabran rayonlarında şəhid ailələrini ziyarət edib. Həmin görüşlərdə Dövlət Gömrük Komitəsinin Akademiyasının Katibliyinin rəisi Azər Seyidov, Təsərrüfat şöbəsinin rəisi Rahim Babayev və Akademiyanın əməkdaşı, 44 günlük Vətən müharibəsinin iştirakçısı Ceyhun Sadıxov da iştirak ediblər.

Siyəzən və Şabran rayonlarının icra başçıları Novruz Novruzov və Asif Hüseynovun iştirakı ilə şəhid ailələri ziyarət olunub, ailələrin qayğıları ilə maraqlanıblar. Hər iki rayonda qazilərin, müharibə iştirakçılarının ailələrinə, habelə aztəminatlı ailələrə bayram sovqatları çatdırılıb, onların qayğıları dinlənilib. Gömrük Akademiyasının Novruz sovqatı da təqdim edilib. Ümumilikdə, 70-dən çox ailə ziyarət olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi