Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın tələbələri Gənclər Günü ilə bağlı müxtəlif tədbirlərdə iştirak ediblər
DGKA-nın tələbələri Gənclər Günü ilə bağlı müxtəlif tədbirlərdə iştirak ediblər
Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə keçirilmiş müxtəlif tədbirlərdə iştirak ediblər.
Belə ki, DGKA-nın və digər ali təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının üzvləri Fəxri Xiyabanda Azərbaycan gənclər siyasətinin əsasını qoymuş Ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Tələbələrimiz həmçinin, Gənclər və İdman Nazirliyi, Sabunçu rayon icra hakimiyyəti, Sabunçu Gənclər mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “2 fevral – Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş konfransda iştirak ediblər. Konfransda DGKA-nın TGT sədri Osman Müşəyev Gənclər və İdman Nazirliyi tərəfindən seçilmiş gənc olaraq dövlət gənclər siyasətinin həyata kecirilməsində göstərdiyi fəallığa görə Bakı Şəhər Gənclər və İdman İdarəsinin sertifikatı ilə təltif edilib.
Eyni zamanda Akademiyanın tələbələri Bakı Gənclər Mərkəzində keçirilən konsert proqramında da iştirak ediblər.