Baş səhifə
Xəbərlər
Akademiya
Macarıstan Milli Vergi və Gömrük İdarəsinin nümayəndələri DGKA-da olublar
Macarıstan Milli Vergi və Gömrük İdarəsinin nümayəndələri DGKA-da olublar
Dövlət Gömrük Komitəsinin Akademiyasında Macarıstan Milli Vergi və Gömrük İdarəsinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Macarıstan Milli Vergi və Gömrük İdarəsinin Beynəlxalq Əlaqələr departamentinin rəis müavinləri Zsuzsa Kecskés və László Dósa, həmçinin DGK-nın və Akademiyanın əməkdaşları iştirak ediblər.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov qonaqları salamlayaraq DGKA-nın fəaliyyət istiqamətləri və iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edib, təhsil sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.
Görüşdə Akademiya ilə təcrübə mübadiləsinin aparılmasının, birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü vurğulanıb.
Eləcə də, Akademiyanın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq qurumlarla əlaqələr və layihələr haqqında təqdimat nümayiş olunub.
Sonda qonaqlar Akademiyada yaradılan şəraitlə yaxından tanış olublar.