Baş səhifə
Xəbərlər
Akademiya
“İqlim dəyişikliyi və korporativ sosial məsuliyyət” mövzusunda master-klass keçirilib
“İqlim dəyişikliyi və korporativ sosial məsuliyyət” mövzusunda master-klass keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında Gömrük işi və idarəetmə kafedrasının təşkilatçılığı ilə Akademiyanın “İqtisadiyyat” və “Beynəlxalq ticarət və logistika” ixtisaslarının tələbələri üçün “İqlim dəyişikliyi və korporativ sosial məsuliyyət” mövzusunda master-klass keçirilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən kafedra müdiri i.ü.f.d. Elvin Əlirzayev, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 26-cı Görüşünün əhəmiyyətindən danışaraq iqlim fəlakətlərinin qarşısını almaq üçün 2050-ci ilə qədər illik 3 trilyon dollardan çox vəsaitə ehtiyac olduğunu qeyd edib.
Tədbirdə məruzəçilər - Akademiyanın tədrisə cəlb olunan müəllimləri Məmməd Talıblı və Həsən Rəhimli, tələbələrə iqlim dəyişikliyi və ona qarşı aparılan siyasətləri izah edib, praktiki nümunələr təqdim ediblər. İqlim dəyişikliyinə sağçı və solçu baxışlar müqayisə olunaraq risklər təhlil edilib, həmçinin yaşıl enerjiyə keçidin çətinlikləri müzakirə edilib.
Sonda tələbələrin sualları ətraflı cavablandırılıb.