Baş səhifə
Xəbərlər
Akademiya
DGKA tələbələri “Şərq Gecəsi 2” adlı konsert proqramında iştirak ediblər

DGKA tələbələri “Şərq Gecəsi 2” adlı konsert proqramında iştirak ediblər

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri Bakı Gənclər Mərkəzində keçirilən “Şərq Gecəsi 2” adlı konsert proqramında iştirak ediblər.

Tədbirin məqsədi Şərq dünyasının mədəniyyətlərini bir araya gətirmək, gənclərə Şərq ölkələrinin mədəniyyətlərini aşılamaq, gənclərin bacarıq və istedadlarının üzə çıxarmaq olub.

Tədbiri giriş nitqi ilə açıq elan edən Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva Şərqin sirli atmosferi və zəngin mədəniyyəti barəsində bəhs edib.

Dövlət və qeyri-dövlət qurumlarının nümayəndələrinin, şəhid və qazi ailələrinin, incəsənət, mediya nümayəndələrinin və gənclərin iştirakı ilə keçirilən tədbirdə istedadlı gənclərin ifasında Şərq xalqlarının zəngin mədəni irsini və qədim ənənələrini əks etdirən çıxışlar və möhtəşəm rəqs performansları nümayiş olunub.