Baş səhifə
Xəbərlər
Akademiya
DGKA tələbələri arasında “Rəqəmsal iqtisadiyyat” mövzusunda debat keçirilib

DGKA tələbələri arasında “Rəqəmsal iqtisadiyyat” mövzusunda debat keçirilib

Ölkəmizin Dördüncü Sənaye İnqilabı üzrə rəqəmsallaşmanın inkişafı üzrə izlədiyi yol xəritəsinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin Akademiyasında "Rəqəmsal iqtisadiyyat" fənninin proqramı çərçivəsində, İqtisadiyyat ixtisasının IV kurs tələbələri arasında debat tədbiri keçirilib.

Rəqəmsal iqtisadiyyat üzrə biliklərin praktiki tətbiqinə töhfə vermək məqsədilə keçirilən tədbrin əvvəlində kafedra müdiri i.ü.f.d. Elvin Əlirzayev və fənn müəllimi i.ü.f.d. Məqsud Qubadlı çıxış edərək mövzunun əhəmiyyəti, bu istiqamətdə ölkəmizdə aparılan islahatlar və yol xəritələri haqqında tələbələrə məlumat veriblər.

Debatda iştirakçılar rəqəmsal iqtisadiyyatın çağırışlarını, imkanlarını və onun əmək bazarına, sosial şəbəkələrə, eləcə də inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına təsirini müxtəlif aspektlərdən təhlil ediblər. Burada Avtomatlaşdırma ilə kiçik şəhərin əmək bazarı, "Pulsuz" sosial şəbəkənin qiyməti, Rəqəmsal bazarda inkişaf etməkdə olan ölkə nümunələrində keys tipli mövzular ətrafında müzakirələr aparılıb.

Gərgin və maraqlı keçən müzakirələrdə debatçılar təsdiq və inkar mövqelərdən çıxışlar edərək mövzu üzrə bir-birindən maraqlı arqumentlər və dünya təcrübəsindən real nümunələr səsləndiriblər.

Keçirilən debat təhsilalanlar üçün həm biliyin artırılması, həm də şəxsi bacarıqların inkişaf etdirilməsi baxımından yaddaqalan bir təcrübə olub.