Baş səhifə
Xəbərlər
Akademiya
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyi, Milli Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Akademiyanın əməkdaşları və tələbələri iştirak ediblər.
Tədbir Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Ulu Öndər Heydər Əliyevin vəfatından 21 il keçdiyini qeyd edərək onun Azərbaycan dövlətçiliyi tarixində əvəzolunmaz rolundan bəhs edib. Q. Novruzov Ulu Öndər Heydər Əliyevin Qarabağ torpaqlarının azad edilməsi istiqamətində sistemli və məqsədyönlü fəaliyyətin əsasını qoyduğunu vurğulayaraq, bu missiyanın cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfərlə başa çatdığını qeyd edib. Sonda Akademiya rəisi, müasir gənclərin Ulu Öndərin siyasi irsini daha dərindən mənimsəməsinin və bu irsin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı böyük xidmətlərindən danışıb. O, müstəqil Azərbaycan var olduqca Ulu Öndərin irsinin xalqımızın qəlbində əbədi yaşayacağını və onun hər zaman dahi şəxsiyyət kimi xatırlanacağını qeyd edib.
Daha sonra tədbir bədii hissə ilə davam edib.