Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının magistrantlarının onlayn formatda attestasiyası keçirilib

Gömrük Akademiyasının magistrantlarının onlayn formatda attestasiyası keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasının magistratura səviyyəsində “Gömrük işi” və “Beynəlxalq hüquq” ixtisaslaşmaları üzrə II kursda təhsil alan magistrantların 2020/2021-ci tədris ilinin payız semestrinin yekunları ilə əlaqədar onlayn formatda attestasiyası keçirilib.

Akademiyanın Elmi işlər üzrə rəis müavini, professor Cəmilə Namazovanın sədrliyi ilə keçirilən iclasda “İxtisas fənləri” kafedrasının müdiri Elvin Əlirzayev magistrantların ötən semestrdəki fəaliyyətlərinin nəticələri və mövcud vəziyyət haqqında məlumat verib. O, hər iki ixtisaslaşma üzrə magistrantların tədris planına uyğun olaraq auditoriya fənlərindən müvəffəq olduqlarını diqqətə çatdırıb. Elvin Əlirzayev “Gömrük işi” ixtisaslaşması üzrə təhsil alan magistrantların cari tədris ilinin payız semestrində elmi-pedaqoji təcrübəni uğurla yerinə yetirdiklərini deyib. Hal-hazırda magistrantların Dövlət Gömrük Komitəsinin müvafiq struktur bölmələrində elmi-tədqiqat təcrübəsi keçməklə bərabər, dissertasiya işinin yerinə yetirilməsi və ona müvafiq praktiki məlumatların əldə olunaraq elmi işlərində tətbiqindən danışıb. Həmçinin, elmi-pedaqoji təcrübələrini davam etdirən “Beynəlxalq hüquq” ixtisaslaşması üzrə magistrantlar müvafiq fənlərdə iştirak edir, dərslərin aparılması qaydalarına, fənn müəllimlərinin təlimatlarına və pedaqoji təcrübəsinə yiyələnirlər. Bundan sonra onlar Dövlət Gömrük Komitəsinin müvafiq struktur bölmələrində 4 həftəlik elmi-tədqiqat təcrübəsinə göndəriləcəklər.

Akademiyanın Elmi işlər üzrə rəis müavini, professor Cəmilə Namazova hər bir magistrantın gördüyü işlər barədə hesabatını dinləyərək öz tövsiyələrini verib. Cəmilə Namazova magistrantlara dissertasiya işlərinin yazılmasıyla yanaşı, elmi nəşrlərinin də olmasının vacibliyini bildirib və bunun üçün Akademiyanın yaratdığı imkanlardan yararlanmağı tövsiyə edib. Rəis müavini bu imkanlar içərisində Akademiyanın kitabxanasının üzv olduğu beynəlxalq nəşrlərdən, xüsusilə də beynəlxalq elektron məlumat bazalarına çıxış imkanlarından bəhs edib.

İctimaiyyətlə əlaqələr şöbəsi