“Cinayət prosesində vəkilin rolu” mövzusunda təlim keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədovun təqdimatında “Cinayət prosesində vəkilin rolu” mövzusunda təlim keçirilib.
Adəm Məmmədov vəkillik təcrübəsindən, bəraət aldığı işlərdən bəhs edərək istintaqın ən mürəkkəb məqamlarından danışıb. Şəxsi təcrübələrini tələbələrlə bölüşən A. Məmmədov peşəkar vəkil olmağın vacib prinsipləri haqqında geniş məlumat verib və tələbələrin gələcək fəaliyyətləri üçün dəyərli tövsiyələr təqdim edib.
Sonda tələbələrin sualları ətraflı cavablandırılıb və təlimçinin müəllifi olduğu kitablar iştirakçılara hədiyyə edilib.