Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın rəisi BDU-nun 105 illik yubileyi çərçivəsində keçirilən tədbirdə iştirak edib
DGKA-nın rəisi BDU-nun 105 illik yubileyi çərçivəsində keçirilən tədbirdə iştirak edib
Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin təqdimatı keçirilib.
Tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi, qısa zamanda ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan məzunlar yetişdirərək ən böyük fakültələrdən birinə çevrilib. O, fakültənin beynəlxalq məsələlər və iqtisadiyyat sahəsində ölkəni peşəkar kadrlarla təmin edərək, beyin mərkəzlərindən birinə çevrilməsini hədəflədiklərini vurğulayıb.
Daha sora digər çıxış edənlərlə yanaşı Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu olmuş Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov BDU məzunlarının ölkənin tərəqqisi və inkişafı istiqamətində böyük fədakarlıq göstərdiklərini və bunun real nümunəsinin ölkəmizin ev sahibliyi etdiyi böyük beynəlxalq tədbirlərdə aydın göründüyünü bildirib.
Tədbir bədii hissə ilə davam edib.