Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidinin anım günündə iştirak ediblər
Gömrük Akademiyasının əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidinin anım günündə iştirak ediblər
44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri Novruzov Rəşad Elşad oğlunun anım günü qeyd olunub. Anım günü münasibətilə Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları və tələbələri Sabunçu rayon Maştağa qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Əməkdaşlar Akademiyanın rəhbərliyi və kollektivi adından şəhidin ailəsinə dərin hüznlə başsağlığı verib, onlara səbir diləyib, ərazi bütövlüyümüz uğrunda əsl qəhrəmanlıq nümayiş etdirərək canından keçən bütün Vətən şəhidlərinin hər zaman Azərbaycan tarixinin qəhrəmanları olaraq xatirələrdə yaşayacaqlarını bildiriblər.
Allah rəhmət eləsin!
Şəhidlər ölməz, Vətən bölünməz!