DGKA tələbəsinin rəhbəri olduğu layihə çərçivəsində təlim keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin tərəfdaşlığı ilə
“Tələbələr üçün Maliyyə təlimləri” layihəsi çərçivəsində Dövlət Gömrük Komitəsinin Akademiyasında təlim keçirilib. Təlim DGKA-nın “Iqtisadiyyat” ixtisasının IV kurs tələbəsi Eltac Rəşidzadənin rəhbəri olduğu layihə çərçivəsində baş tutub.
Layihənin məqsədi ali təhsil müəssisələrində təhsil alan tələbələrdə maliyyə savadlılığının artırılması, onlara büdcə planlaşdırılması, investisiya strategiyaları barədə ətraflı məlumat verməkdir.
Təlimçi Dadaş Dadaşovun təqdimatında keçirilən təlim interaktiv formada davam edib.
Qeyd edək ki, tələbəmizin rəhbəri olduğu layihə, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən keçirilən “İdeyanı Reallaşdır” qrant müsabiqəsinin qalibidir.