Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın tələbəsi Zəfər Gününə həsr olunmuş yazı müsabiqəsinin qalibi olub
DGKA-nın tələbəsi Zəfər Gününə həsr olunmuş yazı müsabiqəsinin qalibi olub
Dövlət Gömrük Komitəsinin Akademiyasının “Hüquqşünaslıq” ixtisasının III kurs tələbəsi Ləman Əlicanova Zəfər Gününə həsr olunmuş “Prezident xalq birliyinin təntənəsi – Zəfər salnaməsi” adlı yazı müsabiqəsinin qalibi olub. DİN-in Polis Akademiyasının təşkilatçılığı ilə xüsusi təyinatlı ali təhsil müəssisələri, Bakı Dövlət Universiteti, "ADA" Universiteti daxil olmaqla ölkəmizin digər nüfuzlu ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən müsabiqədə Ləman Əlicanova qalib gələrək I yerə layiq görülüb.
Tələbəmiz Polis Akademiyasında “Zəfər Günü - milli qürur və şərəf tariximiz” mövzusunda keçirilən Respublika elmi-praktik konfransında Akademiyanın rəisi, polis general-mayoru Canpolad Daanov tərəfindən mükafatlandırılıb.
Qeyd edək ki, tədbirdə bir sıra dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri, kursant və tələbələri ilə yanaşı DGKA-nın “Hüquq və humanitar elmlər” kafedrasının müdiri Hakim Əzizov və Əlavə təhsil şöbəsinin böyük mütəxəssisi Yavər Məmmədova da iştirak ediblər.