Baş səhifə
Xəbərlər
Akademiya
“Qanunvericilik normaları” mövzusunda seminar keçirilib

“Qanunvericilik normaları” mövzusunda seminar keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) “Qanunvericilik normaları” mövzusunda seminar keçirilib. Sabunçu Rayon İcra Hakimiyyətinin həyata keçirdiyi ideoloji maarifləndirmə işləri çərçivəsində təşkil edilən seminar Akademiyanın müəllimi Lalə Məmmədli tərəfindən təqdim edilib.

Seminarda tələbələrə qanunvericilik normalarının hüquqi tənzimləmə sistemindəki rolu və əhəmiyyəti, qanunvericilik prosesinin əsasları, hüquqi aktların təsnifatı və onların praktiki tətbiqi, qanunların hazırlanma mərhələləri və hüquqi tənzimləmələrin cəmiyyətdəki təsiri haqqında ətraflı məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıb.