Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın əməkdaşları Azərbaycan Ticarət Forumunda iştirak ediblər

DGKA-nın əməkdaşları Azərbaycan Ticarət Forumunda iştirak ediblər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının birgə təşkilatçılığı, “PAŞA Holding”in dəstəyi ilə Azərbaycan Ticarət Forumu keçirilib. Tədbirdə digər iştirakçılarla yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini Cəmilə Namazova və əməkdaşı Şəbnəm Nuriyeva da iştirak ediblər.

Forumda ticarət və investisiya imkanları, Azərbaycanın qlobal bazarlara inteqrasiyasının sürətləndirilməsi yolları, KOB-ların ixracda payının artırılması və ticarət sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Forumda çıxış edən Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini Bəhruz Quliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri Ziya Hacılı ölkəmizdə sahibkarlıq fəaliyyəti üçün yaradılmış imkanlar, dövlət dəstəyi alətləri və güzəştlər, yerli məhsulların ixracı sahəsində mövcud vəziyyət və bu sahədə yeniliklər, KOB-ların idxal və ixracdakı mövqeyi və potensialı barədə fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində yeni ticarət və investisiya imkanlarının, Azərbaycanın qlobal bazarlara inteqrasiyasının sürətləndirilməsi yollarının müzakirə olunduğu panel müzakirə də təşkil olunub, sahibkarların sualları cavablandırılıb.