Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın əməkdaşları şəhid anası ilə keçirilən görüşdə iştirak ediblər
DGKA-nın əməkdaşları şəhid anası ilə keçirilən görüşdə iştirak ediblər
18 oktyabr Müstəqilliyin Bərpası Günü ərəfəsində Azərbaycan Yazıçılar Birliyində (AYB) dövlət qurumlarının nümayəndələrinin və QHT-lərin iştirakı ilə şəhid anası ilə görüş keçirilib. Şəhid polkovnik-leytenant Rəşad Quliyevin anası Mətanət Quliyevanın Türkiyə səfərinə həsr olunmuş görüşdə digər iştirakçılarla yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini Cəmilə Namazova və Katibliyin rəisi Azər Seyidov da iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan sədr Tahir Xudiyev şəhidlərimizin əziz xatirəsini yad edərək, bütün iştirakçıları Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Türkiyədə şəhid ailələrinin yüksək səviyyədə qarşılanması ilə bağlı təəssüratlarını bölüşən Mətanət xanım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Milli Müdafiə Naziri Yaşar Gülər və digər yüksək vəzifəli şəxslərlə, şəhid ailələri ilə görüşlərindən danışıb.
Tədbirdə bir çox tanınmış ictimai xadimlər, dövlət və özəl sektorun nümayəndələri ilə yanaşı Cəmilə Namazova da çıxış edərək bu görüşlərin iki qardaş ölkə arasında münasibətlərin möhkəmlənməsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb, şəhidlərin xatirəsinin əbədi olduğunu qeyd edib.
Şəhid polkovnik-leytenant Rəşad Quliyevin döyüş yoldaşları da mərasimdə iştirak edərək, onun cəsarətindən və Vətən qarşısında göstərdiyi qəhrəmanlıqdan bəhs ediblər.
Sonda şəhid ailələrinin və dövlət qurumlarının birgə iştirakı ilə gələcəkdə də bu cür tədbirlərin davamlı olması arzu edilib.
Qeyd edək ki, bir müddət bundan öncə Azərbaycandan olan bir qrup şəhid ailələri üzvlərinin Türkiyəyə səfəri təşkil olunmuşdur. Bu səfərdə şəhid polkovnik-leytenant Rəşad Quliyevin anası Mətanət Quliyeva, “Türk Dünyası Turan Düşüncə Mərkəzi”, “Beynəlxalq Əlillər Cəmiyyəti” və “Aztəminatlı, Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İB-in İdarə Heyəti və “Əlillər Dünyası” qəzetinin Redaksiya Heyətinin üzvü iştirak etmişdir