Könüllü gömrükçülər DGKA-da fəaliyyətə başlayıblar
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində könüllülük hərəkatının inkişafı çərçivəsində yaradılan “Könüllü gömrükçü” dəstəsinin 4 üzvü 3 ay müddətində Dövlət Gömrük Komitəsinin Akademiyasının müvafiq şöbələrində fəaliyyətə başlayıb.
Bununla əlaqədar olaraq DGKA rəhbərliyinin Akademiyada çalışacaq könüllü gömrükçülər ilə görüşü keçirilib.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov könüllü gömrükçüləri salamlayaraq, onlara Akademiyanın fəaliyyəti haqqında bəhs edib. Könüllü gömrükçülərin gömrük sistemindəki əhəmiyyətindən söz açan Akademiya rəisi könüllülərin peşəkar inkişaflarına dəstək verməklə, gənclərin müasir tələblərə uyğun bilik və bacarıqlar əldə etmələri istiqamətində bütün zəruri addımların atılacağını bildirib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.