DGKA-nın vəfat etmiş əməkdaşının xatirəsi yad edilib
Bu gün Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşı, gömrük xidməti polkovniki Şəmsəddin Abışovun vəfatından bir il ötür. İldönümü ilə bağlı Akademiyanın rəhbərliyi və əməkdaşları Şəmsəddin Abışovun məzarını ziyarət edərək, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Akademiyanın rəhbərliyi və əməkdaşları mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib, səbir diləyib və onunla bağlı xoş xatirələrini bölüşüblər.
Allah rəhmət eləsin!