Baş səhifə
Xəbərlər
Akademiya
Tələbələrlə maarifləndirici görüş keçirilib

Tələbələrlə maarifləndirici görüş keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında Təhsil Tələbə Krediti Fondunun Təhsil müəssisələri ilə iş şöbəsinin baş mütəxəssisi Günay Xəlilova ilə tələbələrin görüşü keçirilib.

Görüşdə Günay Xəlilova TTKF-in fəaliyyət istiqamətləri, təhsil tələbə kreditlərinin verilməsi meyarları, müraciət qaydaları, kreditlərin növləri və yeniliklər barədə məlumat verib.

Sonda mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.