Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının bakalavriat səviyyəsi üzrə qəbul planı 100 faiz dolub
Gömrük Akademiyasının bakalavriat səviyyəsi üzrə qəbul planı 100 faiz dolub
Dövlət İmtahan Mərkəzinin (DİM) 2024/2025-ci tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün keçirdiyi müsabiqənin nəticələrinə əsasən, Dövlət Gömrük Komitəsinin Akademiyası üzrə yüksək göstərici qeydə alınıb.
Belə ki, bu tədris ilində bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan müsabiqənin nəticələrinə əsasən, Gömrük Akademiyasının qəbul planı 100 faiz dolub.
Bu il Akademiyada bakalavriat səviyyəsinə I ixtisas qrupu üzrə “İnformasiya təhlükəsizliyi”, “İnformasiya texnologiyaları” (tədris ingilis dilində), II ixtisas qrupu üzrə “İqtisadiyyat”, “Beynəlxalq ticarət və logistika” (tədris Azərbaycan və ingilis dillərində), III ixtisas qrupu üzrə isə “Hüquqşünaslıq” ixtisasına qəbul həyata keçirilib.
Xatırladaq ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasının magistratura səviyyəsi üzrə də qəbul planı 100 faiz dolub.