Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbəsinin də üzvü olduğu komandanın layihəsi qalib olub

Gömrük Akademiyasının tələbəsinin də üzvü olduğu komandanın layihəsi qalib olub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və "Azərbaycan Uşaqlarının İnkişaf Platforması" İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində “İTi Zəka - 2” hakatonu keçirilib.

Müsabiqənin məqsədi uşaqlara hüquqlarının təmin edilməsində təşəbbüs irəli sürmək, innovativ həll yolları ilə bağlı təkliflər vermək, onlarda kreativ düşüncəni formalaşdırmaq, eyni zamanda, komandada işləmək, rəqəmsal bacarıqlarını inkişaf etdirmək olub.

130 komandanın iştirak etdiyi yarış 4 gün davam edib.

Hakatonda Akademiyanın İnformasiya Texnologiyaları ixtisasının I kurs tələbəsi Mirməhəmməd Mənsimovun da üzvü olduğu komandanın irəli sürdüyü, süni intellektlə xəstəlikləri aşkar edə bilən, “PediCare” layihəsi qalib gələrək III yerə layiq görülüb.

Sonda qaliblər dəyərli hədiyyələrlə mükafatlandırılıblar.