Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad ediblər

Gömrük Akademiyasının tələbələri ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad ediblər

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Gənclər və Tələbə Təşkilatlarının rəhbərlərinin, 3500-dən çox tələbənin iştirakı ilə I Fəxri Xiyabana yürüş təşkil olunub. Yürüşdə digər iştirakçılarla yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri də iştirak ediblər.

Tələbələr Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək, önünə gül dəstələri düzmüş əziz xatirəsini dərin ehtiramla yad ediblər.