Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın tələbəsi “Təhsilin inkişafında innovativ metodlar II” müsabiqəsinin final mərhələsində iştirakına görə təltif edilib
DGKA-nın tələbəsi “Təhsilin inkişafında innovativ metodlar II” müsabiqəsinin final mərhələsində iştirakına görə təltif edilib
Təhsilin İnkişafı Fondunun təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi və “Lenovo Global Technology Azerbaijan” MMC-nin tərəfdaşlığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Təhsilin inkişafında innovativ metodlar II” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Elm və Təhsil Nazirliyinin, özəl və dövlət qurumlarının nümayəndələri, digər ali təhsil müəssisələrinin rəhbərləri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyi də iştirak edib.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev qonaqları salamlayaraq, Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə keçirilən müsabiqəni tələbələrin potensialının qiymətləndirilməsi istiqamətində təqdirəlayiq addım hesab edib.
Çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov “Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsinin keçirilməsində əsas məqsədin Ulu Öndərin elmə, təhsilə və gənclərə qayğısını rəhbər tutaraq, tələbələrin təhsilin inkişafına töhfə verəcək ideyalarının dəstəklənməsi olduğunu qeyd edib.
Finalçılar ideyalarını tədbir iştirakçılarına təqdim etdikdən sonra digər tələbələrlə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının Beynəlxalq ticarət və logistika ixtisasının tələbəsi Aysel Məmmədova da final mərhələsində iştirakına görə Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev tərəfindən təltif edilib.
Daha sonra qaliblər və müsabiqənin həlledici mərhələsində böyük rolu olan münsiflər heyətinin üzvləri mükafatlandırılıblar.